Arabic Turkish
 
2014-06-19   Arkadþýna gönder
2096 (696)


Kərkükə yolun düşsə məni də özünlə apar


Yasin Turksoy

Kərkükün dərdi var – adı həsrətdir, adı qürbətdir.
Vüsal həsrətidir, qovuşmaq həsrətidir.
Soydaş, yurddaş yanğısıyla doğmalaşmaqdır.
Kərkükün yıxıldığı nöqtə var – adı siyasətdir.
Kərkükün qurtuluş yolu var – adı milli qeyrətdir, təpərdir.

Kərkükün qəmli-kədərli, fəlsəfi bayatıları var – adı haraydır.
Kərkükdən Bakıya yol var – yolu Güney Azərbaycandır !
Kərkükdə gözləyənlərimiz var – adı qardaşdır, soydaşdır.
Qardaşdan-qardaşa pay var – adı sovqatdır.
Kərkükdən bu taya baxan gözlər var – adı dustaqdır.
Vətəndən Vətənə yolumuz var – adı Bütövlükdür !



Arkadþýna gönder